AZ

Taylandda daşqın və torpaq sürüşməsi: 22 nəfər ölüb, 19 nəfər yaralanıb

Taylandın bir çox şəhəri uzun müddətdir davam edən musson yağışları nəticəsində su altında qalıb.

“İki sahil” xəbər verir ki, Tayland Fəlakətin Qarşısının Alınması Departamentinin (DDPM) yaydığı məlumata görə, baş verən sel və torpaq sürüşmələrində 22 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.

Qeyd edilib ki, hadisə nəticəsində 21 min 824 evə ziyan dəyib.

Tailand Meteorologiya İdarəsi vətəndaşlara yağışların ayın sonuna qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Taylandın şimal bölgələrinə təsir edən yağış və sel sularının yaxın günlərdə Çao Phraya çayı vasitəsilə paytaxt Banqkoka təsir edəcəyi ehtimal edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
12
ikisahil.az

10Mənbələr