Türkiyə avqustun 29-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşünə (Gymnich) dəvət edilib.Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat yayıb. O deyib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın danışıqlarda iştirak etmək üçün Brüsselə getməsi gözlənilir.Keçeli bu dəvətin müsbət qarşılandığını və AB tərəfindən "dialoq axtarışı" kimi qiymətləndirildiyini vurğulayıb:
"Ümid edirik ki, bu addım AB Xarici Əlaqələr Şurasının 15 iyul tarixli qərarlarının dəyişdirilməsinə zəmin yaradacaq. 2019-cu ildə münasibətlərimizi çıxılmaz vəziyyətə salan bu dəvət regional və qlobal çağırışlara cavabdır".