“Hürriyet”: Türkiyə İsrailin soyqırımı işinə müdaxilə etdi
Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım işində iştirakına dair bəyanatını təqdim edib. Xarici işlər naziri Hakan Fidan “Beynəlxalq ictimaiyyət soyqırıma qarşı üzərinə düşəni etməli, İsrail və onun tərəfdarlarına lazımi təzyiq göstərməlidir” deyib.
“Yeni Şafak”: Kurtulmuşdan Haaqaya tarixi müraciətdən sonra açıq mesaj
TBMM sədri Numan Kurtulmuş Türkiyənin qatil İsrailin Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddiası ilə mühakimə olunduğu işə müdaxilə etmək üçün müraciətindən sonra çox açıq şəkildə bildirib: "Netanyahu və dəstəsinin törətdikləri cinayətlərə görə layiq olduqları ən ağır cəzanı alması üçün işimizi davam etdirəcəyik".
“Sabah”: 7 ayda Türkiyənin hava limanlarında 130 milyon sərnişinə xidmət göstərilib
Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu 2024-cü ilin iyul ayında təyyarə, sərnişin və yük statistikasını açıqlayaraq 7 ayda hava limanlarında təxminən 130 milyon sərnişinə xidmət göstərildiyini və bu dövrdə 1 milyon 306 min 484 təyyarə uçduğunu söyləyib.
“Star”: Türkiyənin hava məkanı etibarlı əllərdədir
Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi hava sistemlərinin inteqrasiyasını nəzərdə tutan yerli və milli “Polad günbəz” layihəsini həyata keçirmək qərarına gəldi. Süni intellektlə dəstəklənən “Polad günbəz” yerli və milli müdafiə sənayesi şirkətlərinin birgə səyləri ilə həyata keçiriləcək.
“Haber Türk”: İyulda ixracat rekordu
Türkiyənin Ticarət naziri Ömər Bolat 2024-cü ildə ixracatın yaxşı getdiyini söyləyərək bildirib: “İl sonu üçün 267 milyard dollarlıq ixrac hədəfi təyin etdik və iyul ayı etibarilə son 12 ayda ixracat 261,5 milyard dollara çatdı. Bu, rekorddur”.