AZ

Goranboylular YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Muzdurlar, Yolpaq, Əhmədabad, Xınalı, Qırıxlı, Kələk, Qaramusalı kənd  seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirmiş YAP siyasi sistemin monolit gücü və avanqard qüvvəsidir. O bildirib ki, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının istəklərinə, arzularına və onun reallaşmasına yönəldib.

Çıxış edən deputatlığa namizəd Bədəl Bədəlov Azərbaycanda bütün sahələri əhatə edən uğurlu inkişafdan, o cümlədən müasir tariximizin ən mühüm hadisəsi olan ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasından bəhs edib. Namizəd qeyd edib ki, hər bir seçkiyə böyük inamla, qələbə ruhunda qatılan YAP qalib və qüdrətli Azərbaycanın keçdiyi zəngin, şərəfli və uğurlu yolun təqdimatını edir. B.Bədəlov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri şəhid Orxan Namazovun anası Nailə Məmmədova, şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Səyad Quliyev, Əzra Həşimova, Sakit Məmmədov və qərargah üzvü Gündüz Hacıyev YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini deyib, seçiciləri partiyanın namizədini dəstəkləməyə çağırıblar.

Seçicilər YAP-ın xalqın etimadını doğrultduğunu bildirərək daha qüdrətli Azərbaycan naminə partiyanın namizədinə səs verəcəklərini söyləyiblər.

Qeyd edək ki, deputatlığa namizəd B. Bədəlov Goranboy rayonunun  Muzdurlar  kəndindən olan şəhid mayor Əlövsət Məmmədovun ailəsini də ziyarət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
24
yeniazerbaycan.com

10Mənbələr