AZ

Şanlı Zəfərdən yeni zirvələrə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlov Goranboy Olimpiya İdman Kompleksində seçicilər ilə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub. O, qələbələrin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edib. B.Bədəlov aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyib.  

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, şəhid Orxan Namazovun anası Nailə Məmmədova, şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Sakit Məmmədov, Səyad Quliyev, İsgəndər Səklikov, Ülkər Hümbətova, Namiq Kərimov və Gündüz Hacıyev çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.

Çıxış edənlər seçiciləri yüksək fəallıq şəraitində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun  Səmədabad  kəndindən olan şəhid Eldar Aslan oğlu Cabbarovun ailəsini ziyarət edib.

Rayonun Səmədabad  kəndində Səmədabad, Kəhrizli, Xəsədərli kənd seçiciləri ilə də görüş keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
24
yeniazerbaycan.com

10Mənbələr