İt amerikalı qadının nişan üzüyündəki brilyant qaşı udub.
Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Amerikalı Kloi Miller sevgilisi ilə bir neçə il görüşüb, kişi ona evlilik təklif edib və ona böyük brilyantlı üzük hədiyyə edib. Bir gün qız zinət əşyalarını çıxarıb paltar masasının üstünə qoyub.
Qız evdə olmayanda onun Çarli adlı iti üzüklə "maraqlanıb", zinət əşyalarını çeynəyib və brilyantıudub. Yalnız dörd gün sonra qızın nişanlısı gəzərkən itin nəcisində daş tapıb.