Yaponiyada maraqlı hadisə baş verib. Oddity Central-ın yaydığı məlumata görə, bəy gəlinin ondan 25 yaş böyük olduğunu toydan bir gün əvvəl bilib.
Esitake adlı kişi Aki adlı xanımla ilə tanış olanda onun 29 yaşı olub. Onlar tez bir zamanda ortaq cəhətlərinin olduğunu anlayıblar. Bu səbəbdən də görüşlərini davam etdiriblər. Kişi qadının özündən böyük olduğunu bilib. Amma o, aralarındakı fərqin cəmi iki-üç il olduğunu düşünüb. Bu səbəbdən də heç vaxt Akinin yaşı ilə maraqlanmayıb. Bir müddət sonra cütlük evlənmək qərarına gəlib.
Toy ərəfəsində Aki bəyə ondan 25 yaş böyük olduğunu deyib. Yapon qadın yerli mediaya açıqlamasında deyib ki, o, oğlanın mənfi reaksiya verəcəyindən qorxurmuş. Lakin oğlan bu məlumatı sakit şəkildə qəbul edib.
Tural
News365.az