AZ

ABŞ Rumıniya və Norveçə yüz milyonlarla dollar dəyərində raketlər satacaq

ABŞ Rumıniya və Norveçə AIM-120 "hava-hava” raketlərinin satışını təsdiqləyib. Müqavilənin dəyəri yüz milyonlarla dollardır.

Bu barədə Qaynarinfo Pentaqonun Müdafiə təhlükəsizliyi üzrə əməkdaşlıq agentliyinin bəyanatına istinadən xəbər verir.

Dövlət Departamenti Rumıniya hökumətinə "Advanced AIM-120” ortamənzilli "hava-hava” raketinin (AMRAAM) və müvafiq avadanlığın potensial satışını təsdiqləmək qərarına gəlib. Müdafiə təhlükəsizliyi üzrə əməkdaşlıq agentliyi lazımi sertifikatı verib.

Qeyd edildiyi kimi, Rumıniya hökuməti ABŞ-dan 186 ədəd orta mənzilli AIM-120C-8 raketi və dörd istiqamətləndirici bölmə satmağı xahiş edib. Müqaviləyə köməkçi avadanlıqlar da daxildir.

Sazişin təxmini ümumi dəyəri 592 milyon dollardır.

ABŞ Dövlət Departamenti həmçinin AIM-120 orta mənzilli "hava-hava” raketlərinin Norveçə satışına da icazə verib. Pentaqonun Müdafiə təhlükəsizliyi əməkdaşlıq agentliyi lazımi sertifikatları təqdim edib.

Norveç 100 qabaqcıl AMRAAM-ER raketinin, həmçinin dörd AMRAAM AIM-120C-8 istiqamətləndirici bölmənin və əlaqəli avadanlıqların satılmasını xahiş edib. Müqavilənin məbləği 405 milyon dollardır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
qaynarinfo.az

2Mənbələr