AZ

ABŞ Rumıniya və Norveçə yüz milyonlarla dollar dəyərində raketlər satacaq

ABŞ Rumıniya və Norveçə AIM-120 hava-hava raketlərinin satışını təsdiqləyib. Müqavilənin məbləği yüz milyonlarla dollardır.

Redaktor.az bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin bəyanatına istinadla xəbər verir.

Dövlət Departamenti Rumıniya hökumətinə Advanced AIM-120 Ortamənzilli Hava-Hava Raketinin (AMRAAM) və müvafiq avadanlığın potensial satışını təsdiqləmək qərarına gəlib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi lazımi sertifikatı verib.

Qeyd edək ki, Rumıniya hökuməti ABŞ-dən 186 ədəd orta mənzilli AIM-120C-8 raketi və dörd istiqamətləndirici bölmə almağı xahiş edib. Müqaviləyə köməkçi avadanlıqlar da daxildir. Təxmini ümumi dəyəri 592 milyon dollardır.

ABŞ Dövlət Departamenti həmçinin AIM-120 orta mənzilli hava-hava raketlərinin Norveçə satışına icazə verib. Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi lazımi sertifikatları təqdim edib.

Norveç 100 qabaqcıl AMRAAM-ER raketlərinin, həmçinin dörd AMRAAM AIM-120C-8 istiqamətləndirici bölmənin və əlaqəli avadanlıqların alınmasını xahiş edib. Müqavilənin məbləği 405 milyon dollardır.

Xatırladaq ki, daha əvvəl ABŞ Almaniyaya “Patriot” zenit-raket kompleksləri üçün 600-ə yaxın raket satışına icazə vermişdi.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
redaktor.az

10Mənbələr