AZ

F-16 qırıcısı Ukraynanın Patriot raketi ilə vurulub

Ukraynaya verilən F-16 qırıcısı “ Patriot” raketi ilə vurulub.

32gun.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ali Radanın prezidentyönlü “Xalq qulluqçusu” partiyasından olan deputatı Maryana Bezuqlaya məlumat verib. 

“Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey “Moonfish” Mesin F-16 təyyarəsi bölmələr arasında koordinasiya pozulduğuna görə “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub” - o deyib. 

Onun sözlərinə görə, insident avqustun 26-da rusların ən güclü hava hücumlarından biri zamanı baş verib.

Bezuqlaya əlavə edib ki, müharibə zamanı belə epizodlar mümkündür, lakin Ukrayna Silahlı Qüvvələrinin Silahlı Qüvvələri komandanlığında “yalan mədəniyyəti” səbəbindən hərbi qərarların idarə edilməsi sistemi pisləşir. O, əlavə etdi ki, oxşar hadisələr Pokrovski istiqamətində də olur.

Deputat onu da qeyd edib ki, hadisə nəticəsində generallardan heç biri cəzalandırılmayıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
32gun.az

10Mənbələr