AZ

ABŞ və Polşa ordunun modernləşdirilməsini və Ukraynaya yardımı müzakirə ediblər

ABŞ və Polşa müdafiə nazirləri Polşa silahlı qüvvələrinin modernləşdirilməsini və Ukraynaya yardımı müzakirə ediblər. TASS bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqhin bəyanatına istinadən yazır.

Lloyd Austin və Wladislaw Kosiniak-Kamysh Vaşinqtonda görüşərək Polşa və NATO-nun gələcək müdafiə modernləşdirilməsini, o cümlədən Polşa və Amerika firmaları arasında Patriot hava hücumundan müdafiə sistemi üçün birgə buraxılış qurğularının istehsalına dair son razılaşmanı müzakirə ediblər.

Nazirlər həmçinin “ikitərəfli təhlükəsizlik əlaqələri” və “Ukraynaya gələcək hərbi yardımın göstərilməsi zərurəti” mövzularına toxunublar. Onlar döyüş hazırlığının təmin edilməsi üçün müdafiə xərclərinin artırılmasının vacibliyini qeyd ediblər.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk hökumətin ölkənin 2025-ci il büdcəsini rekord müdafiə xərcləri ilə qəbul etdiyini açıqlamışdı.

Oxuməni.az

Seçilən
79
50
oxumeni.az

10Mənbələr