AZ

ABŞ və Polşa ordunun modernləşdirilməsi və Ukraynaya yardımı müzakirə edib

ABŞ və Polşa müdafiə nazirləri Polşa silahlı qüvvələrinin modernləşdirilməsini və Ukraynaya yardımı müzakirə ediblər.

Editor.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqhin deyib. Vaşinqtonda keçirilən görüşdə Lloyd Austin və Wladislaw Kosiniak-Kamysh Polşa və NATO-nun müdafiəsinin gələcək modernləşdirilməsini, o cümlədən Polşa və Amerika firmaları arasında Patriot hava hücumundan müdafiə sistemi üçün birgə buraxılış qurğularının istehsalına dair son razılaşmanı müzakirə ediblər.

Nazirlər həmçinin ikitərəfli təhlükəsizlik əlaqələri və Ukraynaya daha çox hərbi yardımın göstərilməsi zərurətinə toxunublar. Onlar müharibəyə hazırlığı təmin etmək üçün müdafiə xərclərinin artırılmasının vacibliyinə diqqət çəkiblər.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
editor.az

10Mənbələr