AZ

Xalqımızın rifahı, ölkəmizin firavanlığı üçün...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsalə Mahmudovanın YAP Zaqatala rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov qeyd edib ki, müasir Azərbaycan reallığı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi - cənab İlham Əliyev yerinə yetirdi. Çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir”.

Deputatlığa namizəd Vüsalə Mahmudova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir: “Çünki müasir müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır”.

O qeyd edib ki, qalib və qüdrətli Azərbaycan dövləti Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru inamla irəliləyir: “Yeni dönəmdə daha möhtəşəm uğurla şahidlik edəcəyik”.

Təşviqat qrupunun üzvü Tahir Məmmədov çıxış edərək YAP-ın ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malik olduğunu vurğulayıb. “Xalqımızın rifahı, ölkəmizin firavanlığı üçün bir daha Yeni Azərbaycan Partiyasına etimad göstərək!”, - deyə çağırış edilib.

Görüşdə çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
29
yeniazerbaycan.com

10Mənbələr