AZ

Yeni uğurların astanasında...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhəri, N.Nərimanov adına Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Azərbaycan cəmiyyətinin böyük ruh yüksəkliyi ilə hazırlaşdığı parlament seçkiləri xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. R.Hüseynov 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasından geniş bəhs edib.

Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova mövcud Azərbaycan reallıqlarından, regionda, dünyada baş verən hadisələrdən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycanın sabitlik, təhlükəsizlik məkanına çevrilməsindən bəhs edib.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri bildiriblər ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Natiqlər çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Deputatlığa namizəd Elnarə Akimovanın həmçinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin Mikayıl Müşfiq küçəsində yerləşən Şəhidlər parkında seçicilərlə görüşü keçirib. Baş tutan görüşdə seçicilərin arzu və istəkləri dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb.

Elnarə Akimova seçiciləri Yeni Azərbaycan Partiyasının təqdim etdiyi vahid seçki platforması ilə tanış edib, seçkilərə partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə getdiyini bildirib. O, deputat  seçiləcəyi təqdirdə həllini prioritet hesab etdiyi məsələlərdən, üzərinə düşən vəzifələri reallaşdıracağından danışıb. Seçicilərin etimadını qazanaraq yeni formalaşdırılacaq Milli Məclisdə 46 saylı Sumqayıt beşinci seçki dairəsini təmsil edəcəyi halda ərazi üzrə yaşayan şəhid ailələrinin, müharibə veteranlarının sosial təminat hüquqlarını, qarşılaşdıqları problemləri daim nəzarətdə saxlayacağını bəyan edib.

Qeyd edek ki, namizəd görüşdən öncə Şəhidlər parkında yerləşən Şəhidlər abidəsini də ziyarət edib.

Seçicilər parlament seçkilərinə gedəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Seçilən
127
29
sabahinfo.az

10Mənbələr