AZ

AB Maduronu tanımır

Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell və İspaniya hökuməti 28 iyulda keçirilən və Venesuelada Nikolas Maduronun qalib gəldiyi elan edilən prezident seçkilərinin nəticələrini tanımayacaqlarını bir daha bəyan ediblər.

Borrell İspaniyada qatıldığı universitetdəki konfransdan sonra jurnalistlərə verdiyi açıqlamada, “Venesuelada seçki nəticələrinin yoxlanılması hələ də baş tutmayıb. Bunun olacağına dair ümidimiz gündən-günə azalır. Seçki qeydləri şəffaf şəkildə yoxlanılmadıqca heç bir tanınma olmayacaq”, – deyib.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanaraq verdiyi xəbərdə, hökumətin Venesueladakı seçki qeydləri hərtərəfli yoxlanılmayınca və geniş şəkildə dərc olunmayana qədər seçkinin nəticələrini tanımayacağı bildirilib.

EFE-nin hesabatında qeyd olunub ki, İspaniya hökuməti Venesueladakı seçkilərin nəticələri ilə bağlı tam şəffaflıqda israr edir və "Venesuelalıların dinc nümayiş və siyasi fikirlərini azad şəkildə ifadə etmək hüquqlarına hörmət edilməsinə”, – çağırıb.

Venesuelanın ali məhkəmə orqanı olan Ali Ədliyyə Məhkəməsi bu gün iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini təsdiqləyən qərarını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
18
vaxt.az

10Mənbələr