AZ

Maduronu Venesuelanın seçilmiş prezidenti kimi tanımırıq - Borel

Aİ Nikolas Maduronu Venesuelanın seçilmiş prezidenti kimi tanımır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin diplomatiya rəhbəri Jozep Borel deyib.

Borelin bildirib ki, Venesuelada prezident seçkilərində səslərin hesablanmasının rəsmi nəticələri etibarlı sayıla bilməz. O, beynəlxalq müşahidəçilərin səsvermə proseduru ilə bağlı ciddi şikayətlərinə, habelə Venesuela seçki komissiyasının hələ də seçki məntəqələrindən Nikolas Maduronun seçkilərdə qələbəsini təsdiq edən protokolları dərc etməməsinə diqqət çəkib. Lakin bu qələbə artıq elan olunub.

“Müxalifət tərəfindən dərc edilmiş və bir neçə müstəqil təşkilat tərəfindən nəzərdən keçirilən seçki səsvermə protokollarının nüsxələri göstərir ki, Edmundo Qonzales Urrutia (Venesuelanın yeganə müxalifət namizədi – red.) prezident seçkilərində əhəmiyyətli fərqlə qalib gəlib”, - deyə Borelin bəyanatında qeyd olunur.

Aİ beynəlxalq səviyyədə tanınmış bir qurum tərəfindən seçki protokollarının müstəqil şəkildə nəzərdən keçirilməsinə çağırıb. Brüssel Maduronun ikinci müddətə legitimliyini tanımır - ölkədə əvvəlki seçkilər də analoji ssenari üzrə keçirilib, bundan sonra hakimiyyət müxalifəti təqib etməyə başlayıb və ölkədə uzunmüddətli siyasi böhran başlayıb.

Bundan bir gün əvvəl Avropa İttifaqının 7 ölkəsi - Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Niderland və Portuqaliya Venesuela hakimiyyətini seçki məntəqələrinin hesablama vərəqlərini dərc edərək Maduronun qələbəsini sübut etməyə çağırıb. Bundan əvvəl ABŞ Qonzalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
18
bakivaxti.az

10Mənbələr