AZ

Sosial yardımlar üzrə əhaliyə 5 milyard 116 milyon manat ödənilib

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 7 ayında da davam edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 116 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 468,7 milyon manat və ya 10,1 faiz çoxdur.

Seçilən
106
16
bakivaxti.az

10Mənbələr