Yazını böyüt
Yazını kiçilt
Yanvar-iyul aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 468,7 mln. manat çox olmaqla 5 mlrd. 116 mln. manat ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 7 ayında da davam edib.
Cari ilin yanvar-iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 mlrd. 116 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 468,7 mln. manat və ya 10,1 faiz çoxdur.