AZ

Yanvar-iyul aylarında sosial yardımlar üzrə əhaliyə 5 milyard 116 milyon manat ödənilib

Yanvar-iyul

Bakı, 24 avqust, AZƏRTAC

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 7 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 116 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 468,7 milyon manat və ya 10,1 faiz çoxdur.

Seçilən
107
16
azertag.az

10Mənbələr