AZ

Rəşad Aslanov sahibkarlarla görüşdü-Video -Foto

Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı  Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir.

XALQ.AZ məlumat verir ki, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 25-də Qusar rayonunda sahibkarlarla görüş keçirib.Ehtiyatda olan polkovnik Rəşad Aslanovun seçki platforması görüş iştirakçılarının diqqətinə çatdırılıb.  Səmimi ortamda keçən görüşdə sahibkarlar Rəşad Aslanova səs verəcəklərini bildiriblər. Rəşad Aslanov qeyd eib ki, Dövlətə-Sədaqətlə,Xalqımıza-Şərəflə xidmət edəcəyəm!

Qərargahdan bildirilib ki, görüşlər davam etdirilir.

Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
9
xalq.az

10Mənbələr