Bu gün Pakistanda sərnişin avtobuslarının olduğu iki qəza baş verib, nəticədə 34 nəfər ölüb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, birinci qəza ölkənin şimal-şərqindəki Pəncab əyaləti ilə sərhəddə Azat Patton şəhəri yaxınlığında baş verib. "Sərnişinlərin olduğu avtobus aşaraq dərəyə düşüb. Qəza zamanı 22 nəfər, o cümlədən 15 kişi, altı qadın və bir uşaq ölüb", - xilasetmə xidmətinin nümayəndəsi Faruk Əhməd bildirib.
Qeyd olunur ki, ikinci qəza Bəlucistanın Makran Sahil şosesində baş verib. "25 nəfərin olduğu avtobus da dərəyə düşüb. Ehtimal olunur ki, sürücü sürət həddini aşıb və idarəetməni itirib. Qəza zamanı 12 nəfər ölüb", - xəbərdə deyilib.