AZ

ABŞ-də sərnişin avtobusu dəhşətli qəzaya uğradı: Çox sayda ölənlər və yaralananlar var

ABŞ-nin Missisipi ştatında sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə yeddi nəfər ölüb, 37 nəfər yaralanıb.

seher.media xəbər verir ki, bu barədə NBC yerli yol polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, altı sərnişin yerindəcə həlak olub, yeddincisi isə xəstəxanada dünyasını dəyişib.

Ölənlərin hamısının Qvatemala vətəndaşları olduğu qeyd edilir. 37 yaralı xəstəxanalara çatdırılıb.

Polis əməkdaşları qəzanın səbəblərini araşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
29
seher.media

10Mənbələr