Ənnağı Hacıbəyli
Bir türk filmində deyildiyi kimi insan beşikdə də təkdi, məzarda da...
Bura onu da əlavə etmək olar ki, hər bir insan beşikdən məzaradək uzun ömür yolunda qərarlarına və hərəkətlərinə görə məsuliyyət daşıyır.
Avtoritar hakimiyyətlərin zamanında tabe olanlar çoxluq təşkil edilər.
"Çoxluq" sözünə bu halda qafiyə tapmaq çətin deyil. Bunu da şair xalqımızın öhdəsinə buraxaq.
Tabe olanlar üçün ümumi sərhəd tapmaq çətin məsələdir. Çünki bu, hər kəsin özü üçün müəyyən etdiyi mənəvi sərhədlə bağlıdır.
Tabe olmayanların hərəkətləri də sərhədsiz deyil.
Burada da donkixotluq ən azı gülüş doğurur.
Zamana tabe olan çoxluqdan danışmaq mənzasızdır, çünki onların bəhanələri də çoxdur.
Zamanı irəli aparan zamana tabe olmayanlardı: onlar tunelin sonundan güclə görünən işıq kimidir.
Zaman güclü amildir, lakin zamana tabe olmayanlar daha möhtəşəm insanlardır. Onlar şəxsiyyətlərdir.
Ölkədə şəxsiyyət problemi var. Ona görə də zamana tabe olmayanlar daha gərəkli insanlardır.
Hakimyyət də, müxalifət də şəxsiyyət yetişdirməyi sevmir, hamı istəyir ki, tək özü gözə görünsün.
Hakimyyəti avtoritar sayıb ondan fərqlənmək istəyən siyasi qüvvə gərək fərqli dəyərlərə tapınsın.
Bayaq dediyim kimi, zamana tabe olmayanlar tunelin sonunda güclə görünən işıq kimidir.
Onlar toplumun qatarını çəkib aydınlığa çıxarırlar.
Aydınlığa çıxasınız!