AZ

“Seçkilər YAP-a inam və etimadın daha bir təsdiqi olacaq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Gərmətük qəsəbə, Velədi, Viyən, Şiləvar və Digah kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev qeyd edib ki, hər günü müstəqillik tarixinə uğur səhifəsi kimi yazan Azərbaycan, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyidir: “Xalqımız Azərbaycanı qalibiyyətə qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək yeni hədəflərə doğru inamla addımlayır”.

Deputatlığa namizəd Anar İsgəndərov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hədəfləri ölkənin milli məqsədlərini əks etdirir: “Partiyamız bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa  töhfələrini verəcəkdir”.

“Xalqımız Heydər Əliyev yoluna sadiqdir, ölkəmizin parlaq gələcəyinə inanır və bunu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyi ilə ifadə edir. Heç şübhəsiz, 1 sentyabr - növbədənkənar parlament seçkiləri də bu inam və etimadın, birlik və həmrəyliyin daha bir ifadəsi olacaqdır”, - deyə deputatlığa namizəd əlavə edib. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Təşviqat qrupunun üzvləri Asif İmanlı, Mais Cəfərov, Cəmil Quliyev və digərləri seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar.

Seçilən
162
50
yeniazerbaycan.com

10Mənbələr