AZ

YAP seçkilərə qələbə əzmi ilə qatılır



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin YAP Quba rayon təşkilatının qərargahında rayon seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqa xidmət prinsipini prioritet saydığını vurğulayıb.

F.Hüseynova deputatlığa namizəd Əlibala Məhərrəmzadə barədə seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Əlibala Məhərrəmzadə Azərbaycanın çox mühüm siyasi hadisə ərəfəsində olduğunu – sentyabrın 1-də ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin misilsiz nailiyyətlərə imza atdığını deyib. Ə.Məhərrəmzadə seçiciləri qazanılan uğurların davamı üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.

Tədbir iştirakçılarından Elza Orucova və digərləri Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər iştirak etdiyi bütün seçkilərdə xalqın dəstəyi ilə qalib gəldiyini ifadə edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.(yap org)



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
aia.az

10Mənbələr