AZ

“Bakıda uğurlu nəticə qazanmaq üçün nə lazımdırsa, onu da edəcəyik”

“Omoniya” (Kipr) sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında “Zirə” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Kipr klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis sabahkı matçda yaxşı çıxış edərək, sərfəli nəticə qazanmaq istədiklərini bildirib:

“Burada olmaq xoşdur. Qonaqpərvərlik yüksək səviyyədədir. Sabah maraqlı oyun olacaq.

Bu oyunda yaxşı çıxış edib sərfəli nəticə qazanmaq istəyirik. Deyərdim ki, ilk oyundan sonra konsentrasiya yüksək səviyyədədir.

Qələbədən sonra bunu azarkeşlərimizlə bayram etdik. Fikirləşirəm ki, komandamı motivasiya etməyə ehtiyac yoxdur.

Hər şey qaydasındadır. İlk oyundan sonra çempionat matçına çıxdıq. Yorğunluq var idi, artıq müəyyən zaman keçib. Düşünrəm ki, hər şey yaxşıdır.

Rəqib komanda iddialı klubdur. Məşqçiləri də iddialı mütəxəssisdir. Bilirik ki, sərfəli nəticə qazanmağa çalışacaqlar. “Zirə”dən bunu gözləyirik. Ona görə də, həm müdafiə xəttində, həm də digər mövqelərdə diqqətli olmalıyıq.

Hansı oyunçuları meydana buraxmağım oyunun gedişinə uyğun dəyişən bir haldır. Ən yaxşı oyunçularımızla çıxış edəcəyik. Uğurlu nəticə qazanmaq üçün nə lazımdırsa, onu da edəcəyik.

Davamlı uğurlu çıxışımızın səbəbi kompleks faktorların məcmusudur. İşlədiyim oyunçu qrupundan məmnunam.

Avropada ən yaxşı atmosferə sahib komandayıq. Bunun üçün azarkəşlərimizə təşəkkür edirəm. İstənilər rəqib bizimlə doğma meydanımızda əziyyət çəkir”.

“Omoniya” (Kipr) – “Zirə” duelinin ilk qarşılaşması 6:0 hesabı ilə kiprlilərin qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
sportinfo.az

10Mənbələr