AZ

Paris-2024: Paralimpiadanın açılış mərasimi keçirilib

Bakı. Trend:

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi startgötürüb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Paralimpiadalar tarixində ilk dəfə tədbirstadiondan kənarda baş tutub.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da məşhur Yelisey Çöllərindəbaşlayıb. İştirakçıların paradı "Beş kral meydanı"ndan biri sayılanParisdəki Konkord meydanında yekunlaşıb.

XVII Oyunların paradında 184 nümayəndə heyətində yer alan 6 minəyaxın idmançı və rəsmi şəxs iştirak edib. Azərbaycan yığması datarixinin 8-ci analoji yarışına qatılıb.

Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilovvə paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar. Rəsmi və bədiihissələrdən ibarət açılışı 65 min tamaşaçı izləyə bilib. Onlardan35 mini üçün ödənişli oturacaqlara bilet satılıb. Digər 30 min isəsərbəst şəkildə izləyirb

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək Paralimpiadada 549medal dəsti sahibini tapacaq. Fransa paytaxtında 7 növdə 18 idmançıilə yollanan Azərbaycan yığmasını paraatletlər Rüfət Rəfiyev (nüvəitələmə, F36), Oloxan Musayev (nüvə itələmə, F55), Səid Nəcəfzadə(uzunluğa tullanma, T12), Orxan Aslanov (uzunluğa tullanma, T13),Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış, T13),parataekvondoçular Sabir Zeynalov (58 kq, K44), İmaməddin Xəlilov(70 kq, K44), Əbülfəz Abuzərli (80 kq, K44), paraüzgüçülər KönülSüleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2), RamanSaley (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12), Vəliİsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13),paracüdoçular Dürsədəf Kərimova (+70 kq, J2), Xatirə İsmiyeva (+70kq, J1), İlham Zəkiyev (+90 kq, J1), paraatıcılılar Kamran Zeynalov(tapançadan 50 m məsafədən atəşaçma, T4), Aybəniz Babayeva(tapançadan 50 m məsafədən atəşaçma, T4), parakamandan oxatan CahanMusayev, parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) təmsiledəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
az.trend.az

4Mənbələr