AZ

Paris-2024: Paralimpiadanın açılış mərasimi keçirilib

Fransanın paytaxtı Parusdə keçirilən Yay Paralimpiya Oyunlarında paralimpiadalar tarixində ilk dəfə açılış tədbiri stadiondan kənarda təşkil edilib.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da məşhur Yelisey Çöllərində başlayıb. İştirakçıların paradı "Beş kral meydanı"ndan biri sayılan Parisdəki Konkord meydanında yekunlaşıb.

XVII Oyunların paradında 184 nümayəndə heyətində yer alan 6 minə yaxın idmançı və rəsmi şəxs iştirak edib. Azərbaycan yığması da tarixinin 8-ci analoji yarışına qatılıb.

Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar. Rəsmi və bədii hissələrdən ibarət açılışı 65 min tamaşaçı izləyə bilib. Onlardan 35 mini üçün ödənişli oturacaqlara bilet satılıb. Digər 30 min isə sərbəst şəkildə izləyirb

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək Paralimpiadada 549 medal dəsti sahibini tapacaq. Fransa paytaxtında 7 növdə 18 idmançı ilə yollanan Azərbaycan yığmasını paraatletlər Rüfət Rəfiyev (nüvə itələmə, F36), Oloxan Musayev (nüvə itələmə, F55), Səid Nəcəfzadə (uzunluğa tullanma, T12), Orxan Aslanov (uzunluğa tullanma, T13), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış, T13), parataekvondoçular Sabir Zeynalov (58 kq, K44), İmaməddin Xəlilov (70 kq, K44), Əbülfəz Abuzərli (80 kq, K44), paraüzgüçülər Könül Süleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2), Raman Saley (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13), paracüdoçular Dürsədəf Kərimova (+70 kq, J2), Xatirə İsmiyeva (+70 kq, J1), İlham Zəkiyev (+90 kq, J1), paraatıcılılar Kamran Zeynalov (tapançadan 50 m məsafədən atəşaçma, T4), Aybəniz Babayeva (tapançadan 50 m məsafədən atəşaçma, T4), parakamandan oxatan Cahan Musayev, parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

Paris-2024:
Paris-2024:
Paris-2024:
Paris-2024:
Paris-2024:
Paris-2024:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
cbcsport.az

4Mənbələr