"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycan daim yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir. Partiyanın seçki platformasında qeyd edildiyi kimi, Heydər Əliyev yolunu uğurla və inamla davam etdirən Prezident İlham Əliyev 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra andiçmə mərasimində yeni islahat dalğasının anonsunu vermişdi. Qısa müddət ərzində çoxşaxəli institusional və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyini təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, milli həmrəyliyin güclənməsinə, bütövlükdə Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin yaratdı. Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdığını təsdiqləyir".
Alim Hüseynli
Olaylar.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta