AZ

Azərbaycanın siyasi gələcəyinin ideya bazası hazırdır- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib: "Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prisipləri YAP-ın qarşısında duran vəzifələrdəndir. Sadalanan prinsiplər bu vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
45
olaylar.az

10Mənbələr