AZ

Polşa müdafiə xərclərini artırmaq niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

Polşa gələn ildən müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun 3,1%-dən 4,7%-nə çatdırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə “RMF FM” radiostansiyası məlumat yayıb.

“Hakim koalisiyanın liderləri gələn il müdafiə xərclərini ÜDM-in ən azı 4,7%-nə qədər artıracaq büdcə layihəsi hazırlamağa razılaşıblar”, - deyə məlumatda bildirilir.

NATO-ya görə, hazırda yalnız beş üzv dövlət - Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstan müdafiəyə ÜDM-in 3 faizindən çoxunu xərcləyir.

Qeyd edilib ki, Polşa prezidenti Anjey Duda tərəfindən təsdiq edilmiş 2024-cü il dövlət büdcəsində müdafiə xərcləri ÜDM-in 3,1%-ni təşkil edən 118 milyard zloti (30,8 milyard dollar ekvivalentdə) məbləğində nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
154
45
banco.az

10Mənbələr