Polşa Prezidenti Anjey Duda faşist Almaniyasının Polşaya hücumunun və İkinci Dünya Müharibəsinin başlamasının 85-ci ildönümü münasibətilə etdiyi çıxışda münaqişə illərində respublikaya dəymiş ziyana görə Berlindən kompensasiya tələbini təkrarlayıb.İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin ofisi məlumat yayıb."Biz dəfələrlə bağışlanma xahişlərini eşitmişik. Məncə, polyakların çoxu almanları bağışladı. Amma bağışlanmadan asılı olmayaraq, təzminat və kompensasiya ödəmək lazımdır. Və bu təbii sualdır, iş niyə heç vaxt qərara bağlanmayıb?", - Duda qeyd edib.Polşa hakimiyyəti 2022-ci ilin sentyabrında 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində respublikanın verdiyi itkilər haqqında üç cildlik hesabat təqdim edib. Elan edilmiş təzminatın ümumi məbləğ 6,2 trilyon zloti (1,5 trilyon dollardan çox) təşkil edib. Oktyabrın 3-də Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.Almaniya hökuməti dəfələrlə bildirib ki, Polşa 1953-cü ildə təzminatlardan rəsmən imtina etdiyi üçün hər hansı ödəniş üçün heç bir səbəb görmür.
Facebook-da paylaş
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta