Türkiyənin İstanbul şəhərinin iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı on sərnişin müxtəlif bədən xəsarətləri alıb.
Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.
Qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun