AZ

İstanbulda metrobus qəzaya uğrayıb

İstanbul, 29 avqust, Günel Karatepe, AZƏRTAC

İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı on sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
8
ikisahil.az

10Mənbələr