Fransa prezidenti Emmanuel Makron "Telegram"ın həmtəsisçisi Pavel Durovun Parisə gəlmək planlarından xəbəri olmadığını bildirib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Makron bu barədə Belqradda serb həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib.
"Mən cənab Durovun Fransaya gəlişindən qətiyyən xəbərsiz idim və mənim tərəfimdən hansısa dəvətin olması barədə məlumat yalandır, mən nə keçən həftənin sonunda, nə də yaxın günlərdə cənab Durovla görüşmək niyyətində deyildim", - deyə Makron qeyd edib.