AZ

Makron hakimiyyətdən uzaqlaşdırıla bilər

Fransanın solçu "Əyilməz Fransa" partiyası prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunu başladıb.

 

Modern.az xəbər verir ki, bunu partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano X sosial şəbəkəsində bildirib.

 

“Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq respublika prezidentinə qarşı impiçment prosedurunun başlanması haqqında qərar layihəsi bu gün birgə imzalanma üçün parlament üzvlərinə göndərilib”, - deyə o yazıb.

 

Bu maddə prezidentin səlahiyyətlərini pozduğu təqdirdə onun vəzifədən kənarlaşdırılması imkanını nəzərdə tutur.

 

Baxmayaraq ki, parlamentdə 72 mandata malik “Əyilməz Fransa” müstəqil şəkildə impiçment təklifi irəli sürə bilər (bunun üçün 57-dən çox deputat tələb olunur), təşəbbüsə baxılması barədə qərarı Milli Assambleyanın (parlamentin aşağı palatası) bürosu qəbul edir. Sonra qətnamənin mətni qanunvericilik komissiyası tərəfindən təsdiq olunmalı, bundan sonra iki həftə ərzində Assambleyanın üçdə ikisi ona səs verməlidir. Son iki mərhələ solların çoxluğa malik olmadığı parlamentin yuxarı palatasında – Senatda da keçilməlidir. Əgər mətn Senat tərəfindən təsdiqlənərsə, hər iki palata birgə iclasa toplaşır. Qətnaməni hər iki palatanın 925 deputatından 617-si dəstəkləməlidir.

 

Bu ərəfədə Jan-Lük Melenşonun solçu “Əyilməz Fransa” partiyası baş nazir postuna namizədliyi Makron tərəfindən rədd edilmiş Lüsi Kastesin başçılıq etməyəcəyi istənilən hökumətə etimadsızlıq votumu irəli sürəcəyini bildirmişdi.

Seçilən
112
25
modern.az

10Mənbələr