AZ

Ukrayna Rusiyanın Kaluqa vilayətinə hücum edib

Ukrayna silahlı qüvvələri avqustun 30-da səhər saatlarında Rusiyanın Kaluqa vilayətinə hücum edib.

Azpost.info bildirir ki, bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa məlumat verib. “Kaluqa şəhərinin kənarında hava hücumundan müdafiə qüvvələri dörd PUA-nı məhv edib. Dağıntı yerlərində əməliyyat qrupları işləyir”, -deyə o, teleqram kanalında yazıb.

Kaluqa ilə yanaşı, Bryansk və Belqorod vilayətləri, həmçinin işğal olunmuş Krım da hücuma məruz qalıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayəti üzərində səmada 11, Belqorod vilayəti üzərində bir, Krım üzərində iki pilotsuz təyyarə vurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
20
azpost.info

10Mənbələr