AZ

Rusiya şəhərlərinə kütləvi dron hücumu - Moskvada yanğın olub

Bazar günü gecə hava hücumundan müdafiə qüvvələri Rusiya səmasında 158 pilotsuz uçan aparatını vurub.

“AzPolitika” xəbər verir ki, gecə Rusiya Müdafiə Nazirliyi Kursk vilayəti ərazisində 46, Bryansk vilayətində 34, Voronejdə 28, Belqorodda 14, Ryazan vilayətində 8, Moskva vilayətində 2, Moskva vilayətində 7, Kaluqa üzərində 5, Lipetskdə 3, Tula vilayəti üzərində 2, Tambov və Smolensk vilayətləri səmasında 2, biri isə Oryol, Tver və İvanovo vilayətlərində isə bir neçə dronun məhv edildiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, Moskva vilayətində pilotsuz təyyarələr Kaşirskaya Dövlət Rayon Elektrik Stansiyasına hücum etməyə cəhd edib. HHM-lər donları vurub, nəticədə yanğın baş verib və söndürülür. İtkilər barədə məlumat verilmir.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Rusiya bölgələri müntəzəm atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Dağıntı və tələfat var.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
20
azpolitika.info

10Mənbələr