AZ

Ramil Həsən seçicilərə gələcəkdə görüləcək işlərdən danışdı

YAP hər bir seçkiyə yüksək əhval-ruhiyyə ilə qatılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin 30 avqust 2024-cü il tarixində YAP Ucar rayon təşkilatının qərargahında ziyalı və ağsaqqal seçicilər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik bütün inkişafın əsasıdır. Sabitlik və sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan və yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas etdi və bir dövlət olaraq dünya birliyində yerinin və rolunun möhkəmlənməsinə möhkəm zəmin yaratdı. Şəhla Abdullayeva seçicilərə deputatlığa namizəd Ramil Həsən haqqında məlumat verib.
Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkiyə qatılan YAP-ın platforması barədə ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan demokratik dövlətdir və demokratik cəmiyyətlərdə seçki çox mühüm amildir. Ölkəmizdə Möhtərəm Prezident İlham Əliyevin öndərliyi və rəhbərliyi ilə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi formalaşdırılıb ki, bu qanunvericiliklə azad və şəffaf seçkilərin keçirilməsi tam mümkündür. Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün yeni, gələcəyə olan ümidlərin daha da artdığı bir mərhələdir. Bu mərhələdə bizim ən böyük məqsədimiz Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyədək əldə olunan nəticələri düzgün qiymətləndirmək, uğurlarımızı daha da möhkəmləndirmək və yeni üfüqləri fəth etməkdir. Partiyamızın sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı və qazanılan uğurlar seçkilərdə qələbəmizi təmin edən əsas amillərdir. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Artıq parlament seçkiləri kampaniyasının əsas mərhələləri arxada qalıb və cəmiyyətimiz bu seçkilərə yüksək əhval-ruhiyyədə gedir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla yanaşı, həm də xalqına ən yaxın olan siyasi təşkilatdır. YAP, ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. İnanıram ki, siz seçicilər YAP-ın namizədlərinə səs verməklə ölkəmizdə aparılan islahatların davamına dəstək vermiş olacaqsınız.
Tədbirdə ziyalı seçicilər adından çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, şəhid atası Əli Vəliyev, Rəna Cəfərova və Nurməmməd Tağıyev bildiriblər ki, partiyamız yarandığı vaxtdan etibarən iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanıb. Partiyamızın gücünün əsasını Ulu öndər Heydər Əliyevin ideyaları təşkil edir, çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Təbii ki, bu siyasət seçkilərdə partiyamızın uğurlu seçki kampaniyası aparmasının başlıca şərtlərindən biridir. Rayon ziyalıları 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmçinin, namizəd Ramil Həsən bir qrup Ucar şəhəri sakinlərinin problemlərini dinləyərək müvafiq yardım göstərilməsi üçün fikir mübadiləsi aparıb.
Yeni dövrə Yeni Azərbaycanla!
Seçilən
177
12
xalq.az

10Mənbələr