AZ

Cavanşir Paşazadə seçicilərə gələcəkdə görüləcək işlərdən danışdı

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə növbəti görüşünü Zövlə və Tükəvilə kəndlərindən olan seçicilərlə keçirib.

Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev YAP-ın seçki platforması və partiyanın qarşıda duran başlıca məqsədləri barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu yeni hədəfləri barədə danışıb. Namizəd qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurların əsasında dövlət başçısı İlham Əliyev tərəfindən görülən işlər və onun həyata keçirdiyi islahatlar dayanır. Namizəd çıxışında növbəti dəfə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə də kənd sakinlərinə məlumat verib.

Görüşdə deputatlığa namizəd Cavanşir Paşazadə seçicilərin müraciətlərini və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Daha sonra çıxış edən kənd sakinləri uğurlarımızın davamı naminə sentyabrın 1-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Seçilən
126
12
xalq.az

10Mənbələr