AZ

Ceyhun Məmmədov Cocuq Mərcanlıda görüş keçirdi - FOTOLAR

2024-cü il 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində məskunlaşan seçiciləri ilə növbəti görüşü keçirilib.

 

Görüşdə YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, 1-ci dərəcəli “Əmək” ordenli, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilərdə xidmət rəisi Oqtay Həziyev iştirak edib.

Deputatlığa namizəd Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin də işğaldan azad edilməsini vurğulayıb. Qeyd olunub ki, cənab prezidentin rəhbərliyi ilə Cocuq Mərcanlı kəndində aparılan tikinti-bərpa işləri qısa zaman ərzində başa çatdırılmış, 14 iyun 2017-ci il tatixində cənab Prezident Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
25
modern.az

10Mənbələr