AZ

Zelenski Kurska buna görə hücum əmri verib - səhv edib...

Ukrayna Prezidenti Vladimir Zelenski Kursk bölgəsinə hücumu ilə Rusiyanı ABŞ-ın münaqişədə birbaşa iştirakına gətirib çıxara biləcək reaksiyaya təhrik etmək istəyib, lakin o, səhv hesablayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.

"Məncə, bu, bir növ problem yaratmaq üçün son nəfəsdir. Gözləyirdilər ki, ruslar tələyə düşəcəklər. Beləliklə, Zelenski ABŞ-ın birbaşa münaqişəyə daxil olmasına nail olmaq istəyirdi", - o bildirib.

Analitik qeyd edib ki, belə bir ssenari mümkün görünmür.

Makqovern onu da vurğulayıb ki, seçkidən sonra ümumiyyətlə Amerika yardımının gələcəyi sual altında qalır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
milli.az

10Mənbələr