AZ

Zelenski Kurska buna görə hücum əmri verib – səhv edib…

Ukrayna Prezidenti Vladimir Zelenski Kursk bölgəsinə hücumu ilə Rusiyanı ABŞ-ın münaqişədə birbaşa iştirakına gətirib çıxara biləcək reaksiyaya təhrik etmək istəyib, lakin o, səhv hesablayıb.

Medianews.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.

“Məncə, bu, bir növ problem yaratmaq üçün son nəfəsdir. Gözləyirdilər ki, ruslar tələyə düşəcəklər. Beləliklə, Zelenski ABŞ-ın birbaşa münaqişəyə daxil olmasına nail olmaq istəyirdi”, – o bildirib.

Analitik qeyd edib ki, belə bir ssenari mümkün görünmür.

Makqovern onu da vurğulayıb ki, seçkidən sonra ümumiyyətlə Amerika yardımının gələcəyi sual altında qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
medianews.az

10Mənbələr