AZ

17 yaşlı oğlan Kürdə batdı - Yenilənib

Şəmkirdə yeniyetmə oğlan çayda batıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və  dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

***
Şəmkirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın məlumatına görə, 2007-ci il təvəllüdlü Yaqub Ələkbərovun meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
9
anews.az

10Mənbələr