AZ

17 yaşlı oğlan Kürdə batdı - YENİLƏNİB

Şəmkirdə yeniyetmə oğlan çayda batıb.

Avtosfer.az xəbər verir ki, hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və  dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

***
Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində yeniyetmə batıb.

Avtosfer.az xəbər verir ki, Şəmkir rayon sakini, 14 yaşlı Yaqub Ələkbərov Kür çayında batıb.

Onun axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
9
avtosfer.az

10Mənbələr