Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 118 saylı Ağdam-Xocalı – 38.76 faiz, 119 saylı Ağdam – 38 faiz, 120 saylı Cəbrayıl-Qubadlı – 46.89 faiz, 121 saylı Laçın – 39.93 faiz, 122 saylı Xankəndi – 49.48 faiz, 123 saylı Kəlbəcər – 36.28 faiz, 124 saylı Şuşa-Ağdam-Xocavənd – 44.36 faiz, 125 saylı Zəngilan-Qubadlı – 43.7 faiz seçici səs verib.