AZ

Məntəqə sədri: Bülletenlər hesablandıqdan sonra dairəyə çatdırılacaq - VİDEO

Şimal bölgəsini əhatə edən 7 dairə üzrə parlament seçkiləri sona çatıb.

 61 saylı Qusar dairəsinin Qusar şəhərindəki 6 saylı orta məktəbdə yerləşən 6 saylı məntəqənin sədri Kəmalə Sadıqova  Bizim.Media-ya deyib ki, saat 19-da qapını bağlayıb prosesin bitdiyini elan etdik.
 

MÖVZU İLƏ BAĞLI:

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində seçki nələrlə yadda qaldı? – VİDEO


Seçkiyə 1 dəqiqə qalmış Nina Əliyeva adlı yaşlı sakin səsverməyə gəldi və  otağa daxil olduğu üçün səsini verə bildi.

Məntəqə sədri açıqladı ki, bu gün bütün ölkədə parlamentə seçkilər keçirildi.

Qarabağda da səsverməyə görə bütün xalqımızı təbrik edən Kəmalə Sadıqova bu gün seçkilərin normal keçdiyini vuröuladı.

Bildirdi ki, seçki qutularındakı bülletenlərin hesablanmasına başlanılıb, tamamlananda dairəyə çatdırılacaq.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
bizim.media

10Mənbələr