AZ

“Exit-poll” prosesi zamanı heç bir problem yaşanmayıb - Rado Fonda

952 seçki məntəqəsində “exit-poll” keçirmişik. Ümumilikdə 76 mindən çox seçicinin fikri öyrənilib. Proses zamanı heç bir problem yaşanmayıb.

Bizim.Media  xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçirilən mətbuat konfransında növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı “exit-poll” keçirən İtaliyanın SWG S.P.A Tədqiqatlar Şirkətinin tədqiqat rəhbəri Rado Fonda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniyalı deputat: Azərbaycanda seçki prosesi ilə bağlı hər şey eynilə bizdəki kimi keçdi - FOTO


“Biz yetkinlik yaşına çatan və səsvermə hüququ olan seçicilər arasında sorğu keçirmişik. “Exit-poll” 3 dəqiqə ərzində baş tutub”, - deyə o əlavə edib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
bizim.media

10Mənbələr