AZ

Rado Fonda: “Exit-poll” prosesi zamanı heç bir problem yaşanmayıb

952 seçki məntəqəsində “exit-poll” keçirmişik. Ümumilikdə 76 mindən çox seçicinin fikri öyrənilib. Proses zamanı heç bir problem yaşanmayıb.

“İki sahil” xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçirilən mətbuat konfransında növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı “exit-poll” keçirən İtaliyanın SWG S.P.A Tədqiqatlar Şirkətinin tədqiqat rəhbəri Rado Fonda deyib.

“Biz yetkinlik yaşına çatan və səsvermə hüququ olan seçicilər arasında sorğu keçirmişik. “Exit-poll” 3 dəqiqə ərzində baş tutub”, - deyə o əlavə edib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
5
ikisahil.az

10Mənbələr