Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, xarici siyasət idarəsinin bəyanatında qeyd olunub:
“Dünən (1 sentyabr) keçirilmiş Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını diləyirik. Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək”.